Kalın Baydenin müşaviri ilə Qarabağı müzakirə edib

   Kalın Baydenin müşaviri ilə Qarabağı müzakirə edib
  03 Fevral 2021    Oxunub:2190
Türkiyə prezidentinin müşaviri İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, dövlət rəsmiləri Türkiyə-ABŞ ikitərəfli münasibətləri başda olmaqla Suriya və Liviya böhranları, Şərqi Aralıq dənizindəki və Əfqanıstandakı vəziyyət, Kipr problemi, koronavirus infeksiyası ilə mübarizə, qlobal iqlim dəyişikliyi mövzuları ətrafında müzakirələr aparıblar.

Söhbət zamanı, həmçinin gündəlikdə olan digər mövzularla yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.

Azvision.az


Teqlər: ABŞ   Türkiyə   Qarabağ  



Xəbər lenti