Koçaryan və Sarkisyan müxalifət liderləri ilə görüşdü

 Koçaryan və Sarkisyan müxalifət liderləri ilə görüşdü
  03 Fevral 2021    Oxunub:1655
Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan “Vətənin xilası hərəkatı”ndakı müxalifət qüvvələrin liderləri ilə görüşüblər.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, görüş müxalifətin baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyanın ofisində baş tutub.

Manukyandan başqa, “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyan və “ARF Daşnaksutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan da görüşdə iştirak ediblər.

Manukyan özü danışıqlar barədə məlumatı nə təsdiq, nə də təkzib edib. O, bu cür müzakirələrin vaxtaşırı keçirildiyini və indi hər hansı bir məlumat vermək istəmədiyini söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: görüş  



Xəbər lenti