Ermənistanda müxalifət yenidən etirazlara başladı

 Ermənistanda müxalifət yenidən etirazlara başladı
  03 Fevral 2021    Oxunub:2095
Ermənistan müxalifətinin birləşdiyi “Vətənin xilası hərəkatı” parlament binası qarşısında etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, aksiyada 20-dək siyasi partiyanın nümayəndələri iştirak edir.

Onlar bu gün parlamentin baxacağı məhkəmə məcəlləsində dəyişiklik və əlavələri nəzərdə tutan layihəyə etiraz edirlər.

Dəyişikliyə əsasən, məhkəmə nəzarəti həyata keçirən ixtisaslaşmış hakimlər institutunun yaradılması planlaşdırılır. Onlar məhkəməyə qədər icraat (həbs, axtarış) üçün icazə müraciətlərinə də baxacaqlar.

Nümayişçilər hesab edir ki, yeniliklər müxalifətin fəaliyyətini boğmaq və hakimiyyətə etiraz edən şəxsləri mühakimə etmək məqsədi daşıyır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  



Xəbər lenti