Ermənistanda virusa yoluxanların sayı 168 minə çatır

Ermənistanda virusa yoluxanların sayı 168 minə çatır
  03 Fevral 2021    Oxunub:2035
Ermənistanda son sutka ərzində daha 190 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 167 421 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3096-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 777 nəfərdir. Aktiv xəstələrin sayı 4855 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  



Xəbər lenti