|
| "Ermənilər atəşkəsi 203 dəfə pozublar" - Birgə Monitorinq Mərkəzi |
"Nikola yaltaqlanan millət vəkilləri cəfəngiyatlarını müxtəlif beynəlxalq və daxili platformalara daşıdılar, Ermənistanın siyasi mənzərəsini səfehlərin paradına çevirdilər. Bütün bunlarla paralel olaraq, 30 yanvarda Ağdamda Rusiya-Türkiyə Monitorinq Mərkəzi açıldı. İlk dəfədir ki, rus və türk qoşunları atəşkəsi bərpa etmək üçün vahid mərkəzdə birgə çalışacaqlar. Bu, o deməkdir ki, Türkiyə artıq Cənubi Qafqazdakı hərbi mövcudluğunu təsdiqləmək üçün ilk qəti addımını atdı.
Türkiyə Müdafiə nazirinin müavini Karaosmanlının sözlərinə görə, bu mərkəz bütün regionun sabitliyinin təmini üçün strateji əhəmiyyət daşıyacaq. Başqa sözlə, Nikolun yorulmaz səyləri sayəsində qırğına məruz qalan və özünə gəlməyən erməni xalqı, təhlükəsizlik və regional mənafelərini türklərin ixtiyarına verdi. Beləliklə, indi türklər ümumiyyətlə ermənilərin hara, necə, nə qədər və nə üçün qoşun göndərə bilib, ya bilməyəcəyinə qərar verməlidirlər. Bu, Nikolun axmaq qərarının (Kapitulyasiyaya qol çəkmək-red.) və Sorosun təxribatının daha bir nəticəsidir.
Cəmi üç ayda Mərzili kəndi yaxınlığında 4 hektar ərazidə 60 rus və 60 türk hərbçisi üçün 65 yaşayış məntəqəsindən ibarət ortaq monitorinq mərkəzi inşa edildi. Burada Qarabağın hava məkanında izləmə aparacaq dron bazası da yerləşəcək. Mərkəz Rusiya və Türkiyə generallarının ortaq komandanlığı altında Moskva və Ankara ilə daimi təmaslar quracaq. Birgə Mərkəzin təhlükəsizliyi isə Azərbaycan bölmələri tərəfindən təmin ediləcək. Gördüyünüz kimi bölgədə artıq Ermənistan yoxdur!
Rus-türk mərkəzi kimin maraqlarına xidmət edəcək? Ermənistanın, yoxsa Qarabağın? Cavab birmənalıdır - Nə qədər ki, Ermənistanda "Nikolizm"ə yer var, mərkəz həm Ermənistanın, həm də Qarabağdakıların maraqlarını nəzərə almayacaq".
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


