Erməni nazir İranda içib sərxoş oldu, qalmaqal yarandı
Qeyd edilir ki, Kerobyan hava limanında COVID-19 testi verməkdən imtina edərək insidentə səbəb olub.
"İqtisadiyyat naziri Vahan Kerobyan 2 ay çalışdı və yalnız hava limanındakı qalmaqalla diqqət mərkəzində olmağı bacardı. Məlumata görə, o, İranda sərxoş olduğu üçün ertəsi gün planlaşdırılan görüşdə iştirak edə bilməyib. Daha sonra Ermənistanın İrandakı səfirliyi belə bir görüşün baş tutmadığını təsdiqlədi. İndi məlum olur ki, bu, nazirin İrana səfəri ilə əlaqəli yeganə qalmaqalı deyilmiş. O, Ermənistana qayıdarkən standart prosedurdan keçmək istəməyib, koronavirus testindən imtina edib", - deyə məlumatda bildirilib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Nazir İran







Vaxtında, Aydın, Lazımlı!


