“Azərbaycan bizim üçün çox əhəmiyyətlidir” - Ruhani

“Azərbaycan bizim üçün çox əhəmiyyətlidir” - Ruhani
  19 Fevral 2014    Oxunub:1283
“Dost və qardaş Azərbaycan Respublikası ilə əlaqələrimiz əhəmiyyətlidir və bütün iqtisadi, mədəni və siyasi zəminlərdə genişləndirilməlidir.”
AzVision.az xəbər verir ki, bu fikirləri İran prezidenti Həsən Ruhani Milli Məclis sədri Oqtay Əsədovla görüşü zamanı səsləndirib.

Azərbaycanın təhlükəsizliyinin İran üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən Ruhani dostluq münasibətlərimizin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdırıb.

"Azərbaycanın təhlükəsizliyi bizim üçün çox əhəmiyyət daşıyır. Davosda Azərbaycan prezidenti ilə görüşdə mühüm qərarlar və anlaşmalar əldə edildi və gərək, bu, həyata keçirilsin.”

AzVision.az


Teqlər:





Xəbər lenti