Erməni deputat Qarabağ açıqlamasına görə təhdid edilir
Azvision.az-ın məlumatına görə, erməni deputat videoformatda keçirilən konfransda çıxışı zamanı bildirib ki, müharibəni kimin birinci başlatdığını və ya ərazilərin tarixən kimə məxsus olduğunu müzakirə etməyə qayıtmaq səhvdir.
Bu qruplar nə istəsə deyə bilər. Ancaq hər kəsi iqtidar partiyası, hakimiyyət, Xarici İşlər Nazirliyi, Baş nazirlik ofisi, parlamentin bəyanatlarına qulaq asmağa çağırıram. Həmin bəyanatlarda revanşizmə və ya intiqam almağa yönələn hər hansı hərbi əməliyyatı Ermənistan və erməni xalqının istəmədiyi açıq şəkildə vurğulanır", - deyə deputat qeyd edib.
O əlavə edib ki, rus sülhməramlılarına gəlincə, onların artıq burada olduqlarını qəbul etmək vacibdir:
"Onları buraya gətirən nə olursa olsun, bu gerçəyi dəyişdirə bilmərik. Onlar buradadır.
Və onlar artıq beş il burada olacaqları üçün azərbaycanlılar da qayıtmaq istəsələr, Dağlıq Qarabağdakı ermənilər və azərbaycanlılar üçün təhlükəsiz həyat təmin etməyə çalışmalıyıq. Bu səylərin müvəffəqiyyətindən asılı olaraq biz ya daha beş il xarici əsgərləri burada görəcəyik, ya da bölgədə təhlükəsizlik və sabitlik əldə edəcəyik”.
Bu açıqlamdan sonra deputata qarşı təhdidlər başlayıb. Bu gün keçirilən aksiyada parlamentin yaxınlığındakı zibil qutularına "Anuş Beqloyan - türklərin kənizidir” sözləri yazılmış vərəqələr yapışdırılıb, onun ölkədən çıxarılması tələb olunub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: təhdid







Vaxtında, Aydın, Lazımlı!


