Müxalifətin Zelenskiyə qarşı impiçment planı

 Müxalifətin Zelenskiyə qarşı impiçment planı
  03 Fevral 2021    Oxunub:3317
Ukrayna müxalifət partiyası Prezident Vladimir Zelenskiyə qarşı impiçment proseduru başlatmaq niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “Həyat naminə - müxalifət platforması”nın bəyanatında vurğulanıb.

Belə təklif televiziya kanallarını bağlamaq qərarından sonra irəli sürüülüb.

Xatırladaq ki, “112.Ukrayna”, “NewsOne” və “ZIK” telekanallarının kabel şəbəkəsində yayımı dayandırılıb. Onları yalnız "Youtube" kanallarında izləmək mümkündür.

Bundan əvvəl qeyd edilən kanalların sahibinə, "Həyat naminə - müxalifət platforması" partiyasından olan deputat Taras Kozaka sanksiyalar tətbiq edilib, sonra kanalların yayımı dayandırılıb.

Deputat bunu söz azadlığına və demokratiyaya zərbə adlandırıb, yaxın vaxtlarda impiçment proseduruna başlanacağını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti