Zelenski ittihamlara cavab verdi
“Sankisiyalar - çətin qərardır. Ukrayna söz azadlığını qətiyyətlə dəstəkləyir. Ancaq Avropa İttifaqına və Avroatlantik inteqrasiyaya gedən yolda Ukraynanı sarsıdan təcavüzkar ölkə tərəfindən maliyyələşdirilən təbliğatı dəstəkləmir.
Müstəqillik uğrunda mübarizə - həqiqət uğrunda, Avropa dəyərləri uğrunda informasiya mübarizəsidir", - deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Ukraynda “Müxalif platforması - Həyat naminə” partiyası Prezident Zelenskiyə qarşı impiçment proseduru başlatmaq niyyətini açıqlayıb. Partiyanın bəyanatında vurğulanıb ki, təklif televiziya kanallarını bağlamaq qərarından sonra irəli sürüülüb.
“112.Ukrayna”, “NewsOne” və “ZIK” telekanallarının kabel şəbəkəsində yayımı dayandırılıb. Onları yalnız Youtube kanallarında izləmək mümkündür.
Qeyd edilən kanalların sahibi müxalifət partiyanın rəhbəri, deputat Taras Kozakdır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: VladimirZelenski







Vaxtında, Aydın, Lazımlı!


