Akopyanın 800-dən çox erməninin öldüyü uğursuz Lələtəpə əməliyyatı

 Akopyanın 800-dən çox erməninin öldüyü uğursuz  Lələtəpə əməliyyatı
  03 Fevral 2021    Oxunub:10299
Ermənistan mətbuatında Vətən Müharibəsi zamanı işğalçı ordunun Lələtəpə istiqamətində uğursuz əməliyyat keçirməsi barədə məlumat yayılıb.

Azvision.az xəbər verir ki, məlumata görə, erməni hərbi qüvvələri Lələtəpə istiqamətində hücuma keçməyə çalışıb. Baş nazir Nikol Paşinyanın piarına hesablanmış əməliyyat uğursuzluqla nəticələnib, Ermənistan ordusu 800-dən çox itki verərək geri oturdulub.
168.am saytının yaydığı məlumata görə, Lələtəpə əməliyyatında Ermənistan 830 hərbçisini itirib: "Bu rəqəm rəsmi olaraq təsdiqlənmir, amma hər kəsə aydındır ki, Nikol Paşinyan bir neçə yüz insanın həyatını öz piarına qurban verdi".

"Mediaport" teleqram kanalı isə məlumat yayıb ki, Lələtəpədəki xüsusi əməliyyatı şəxsən baş nazirin həyat yoldaşı Anna Akopyan koordinasiya edib. O, komanda məntəqəsində görüş zamanı deyib ki, onu nə qədər qurban verilməsi maraqlandırmır, əsas lazım olan məqam Ermənistan bayrağının Lələtəpədə asılmasıdır. Akopyanın bu istəyi alınmayıb, nəticədə işğalçı ordu ağır itkilərlə üzləşib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Lələtəpə   Akopyan  





Xəbər lenti