FHN-in minaaxtaranları Türkiyədə kurs keçdilər - FOTO

FHN-in minaaxtaranları Türkiyədə kurs keçdilər -  FOTO
  03 Fevral 2021    Oxunub:2731
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 3-29 yanvar 2021-ci il tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilmiş kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.







Azvision.az


Teqlər: FHN   Minaaxtaran   Türkiyə   Təlim  






Xəbər lenti