Türkiyə FHN-ə minaaxtaran itlər hədiyyə edib

   Türkiyə FHN-ə minaaxtaran itlər hədiyyə edib
  03 Fevral 2021    Oxunub:3096
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.

Azvision.az


Teqlər: Türkiyə   Hədiyyə   FHN   Minaaxatar-it  






Xəbər lenti