89 ərzaq satışı müəssisəsində nöqsanlar aşkarlandı

89 ərzaq satışı müəssisəsində nöqsanlar aşkarlandı
  03 Fevral 2021    Oxunub:1455
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 29-dan fevralın 1-dək agentlik əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 111 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib. Monitorinq keçirilən 89 ərzaq satışı müəssisəsində ümumilikdə 133 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti