Həbs olunan Myanma liderlərinə ittiham elan edildi

Həbs olunan Myanma liderlərinə ittiham elan edildi
  03 Fevral 2021    Oxunub:2534
Hərbçilər tərəfindən həbs edilmiş Myanma prezidenti Vin Myin və “Demokratiya uğrunda milli liqa” partiyasının lideri, dövlət müşaviri (faktiki hökumət rəhbəri) Aun San Su Çjiyə ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə partiyanın rəsmisi Vu Çji To “Facebook”da məlumat yayıb.

Myanma ordusu fevralın 1-də parlament seçkilərini saxtalaşdırmaqda günahlandırdığı ölkə prezidenti və dövlət müşavirini, Nobel mükafatçısı Aun San Su Çji, bir sıra digər hökumət üzvlərini həbs edib.

Dövlət müşavirinə idxal-ixrac qanunlarını, prezidentə təbii fəlakətlərin və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında qanunu pozmaq ittihamları irəli sürülüb.

Məhkəmə hər iki şəxsin 15 fevraladək həbsdə qalması barədə qərar verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma  



Xəbər lenti