Bakıda 11 evdən oğurluq edən şəxs ələ keçdi

Bakıda 11 evdən oğurluq edən şəxs ələ keçdi
  03 Fevral 2021    Oxunub:2240
Bakıda oğurluqla məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki on bir evdən ümumilikdə 11 min 170 manat məbləğində pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti