İtaliyada yeni hökumət qurulur

 İtaliyada yeni hökumət qurulur
  03 Fevral 2021    Oxunub:2564
İtaliya Prezidenti Sergio Mattarella Avropa Mərkəzi Bankının (AMB) sabiq sədri Mario Draqiyə yeni hökuməti qurmağı tapşırıb.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl Mattarella Draqi ilə görüş keçirib və müvafiq tapşırıq verib.

Prezident Baş nazir Cuzeppe Kontenin istefasına səbəb olan hakim koalisiyadakı böhran səbəbindən belə bir addım atmağa qərar verib.

“Hərəkat”, “5 ulduz” və Demokrat partiyasından ibarət hakim koalisiya, Nazirlər Kabinetinin keçmiş başçısı Matteo Renzinin “Yaşayan İtaliya” partiyasının onu tərk etməsindən sonra Senatda mütləq çoxluğu itirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Hökumət  



Xəbər lenti