Hulusi Akar macar nazirlə Azərbaycana dair müzakirə apardı
Təkbətək və heyətlərin iştirakı ilə keçirilən görüşlərdən sonra mediaya açıqlamasında Akar müzakirələrin son dərəcə konstruktiv və səmərəli olduğunu vurğulayıb.
“Müdafiə və təhlükəsizlik məsələləri başda olmaqla bütün mövzuları nəzərdən keçirmək fürsətimiz oldu. Müdafiə sənayesi də daxil olmaqla ikitərəfli hərbi əməkdaşlıq sahələrində görülən işlər və bundan sonra görüləcək işlər müzakirə edildi. Konstruktiv şəkildə fikir mübadiləsi apardıq”, - Akar deyib.
O bildirib ki, hər zaman əsl dost və müttəfiq olaraq gördüyümüz Macarıstanla müdafiə və təhlükəsizlik məsələlərində çox sürətli irəliləyişlər əldə edə bilərik.
Türkiyəli nazir ikitərəfli münasibətlərə əlavə olaraq NATO, Avropa İttifaqı, Egey, Balkanlar, Azərbaycan, Liviya və Əfqanıstan barədə də fikir mübadiləsi apardıqlarını söyləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: HulusiAkar







Vaxtında, Aydın, Lazımlı!


