Azərbaycanda 62 mindən çox tibb işçisi peyvənd olunub

Azərbaycanda 62 mindən çox tibb işçisi peyvənd olunub
  03 Fevral 2021    Oxunub:2994
Fevralın 2-nə olan məlumata əsasən, ölkə üzrə 62 min 398 tibb işçisi peyvənd olunub.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir: "Birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Peyvənd  






Xəbər lenti