65 yaşdan yuxarı şəxslər vaksinasiyaya SMS-lə çağırılacaq

 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya SMS-lə çağırılacaq
  03 Fevral 2021    Oxunub:3319
Fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar vaksinasiya üçün qeydiyyatdan keçiriləcək. Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, 65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

İbrahim Məmmədov qeyd edib ki, bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.

Aytən Zəhra
Azvision.az


Teqlər: Peyvənd  






Xəbər lenti