ABŞ-da helikopter qəzası - Ölənlər var

ABŞ-da helikopter qəzası -    Ölənlər var
  04 Fevral 2021    Oxunub:2730
ABŞ-ın Aydaho ştatında Milli Qvardiyaya məxsus “UH-60 Black Hawk” hərbi helikopteri qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə qvardiyanın “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edilib ki, hadisə Liki-Pik şəhərinin cənubunda baş verib. Qəza nəticəsində helikopterin göyərtəsində olan 3 pilot həlak olub.

Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti