ÜST: Yoluxma sayı 403 mindən çox artıb

    ÜST:   Yoluxma sayı 403 mindən çox artıb
  04 Fevral 2021    Oxunub:2521
Dünyada koronavirusa yoluxanların sayı 403 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, ötən sutka ərzində 403 263 nəfər koronavirusa yoluxub, 12 120 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 103 362 039, ölənlərin sayı isə 2 244 713 nəfərə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST  



Xəbər lenti