Koronavirusa yoluxma sayı 105 milyona çatır

Koronavirusa yoluxma sayı 105 milyona çatır
  04 Fevral 2021    Oxunub:1538
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 104 milyon 911 min 113 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 278 min 576 nəfərdir. İndiyədək 76 milyon 635 min 68 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 403 263 nəfər koronavirusa yoluxub, 12 120 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti