Rus hərbçiləri Qarabağda atəşkəsə “Forpost” və “Orlan-10”la nəzarət edir

Rus hərbçiləri Qarabağda atəşkəsə “Forpost” və “Orlan-10”la nəzarət edir
  04 Fevral 2021    Oxunub:6112
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin heyəti Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və hərbi hərəkətlərə nəzarət vəzifələrini yerinə yetirir.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, rus hərbi personalı "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəsə nəzarəti yerinə yetirir.

"Birgə mərkəzin hərbi qulluqçuları pilotsuz hava vasitələrindən idarəetmə mərkəzində davamlı olaraq görüntülər alır, burada hərbi texnika, şəxsi heyətin bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin faktları qeydə alınır".

Bildirilib ki, Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, razılaşmaların yerinə yetirilməməsi ilə bağlı istənilən məsələlərə və ya problemlərə dair şikayətlərə baxır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MonitorinqMərkəzi  



Xəbər lenti