Krasnoyarskda matəm elan edildi

Krasnoyarskda matəm elan edildi
  04 Fevral 2021    Oxunub:1405
Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss avtomobil anbarında baş vermiş yanğında ölənlərin xatirəsini anmaq üçün 5 fevral tarixini matəm günü elan edib.
Azvision.az xəbər verir ki, bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.

Bölgə rəhbərliyi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, fevralın 3-də Krasnoyarskdakı avtomobil hissələri anbarında yanğının söndürülməsi zamanı bir anbar işçisi və üç yanğınsöndürən olmaqla, dörd nəfər həlak olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Krasnoyarsk   Matəm  





Xəbər lenti