“YAŞAT”a toplanan vəsait 29 milyon manatı ötdü

   “YAŞAT”a toplanan vəsait 29 milyon manatı ötdü
  04 Fevral 2021    Oxunub:2451
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 29 milyon manatı ötüb.
Azvision.az xəbər verir ki, Fonda toplanan vəsait 29 339 103.9 manatdır. Həmin vəsaitdən 16 434 136.55 manatı fiziki şəxslər, 12 904 967.35 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 2 875 232.95 manatı xərclənib. Vəsaitin qalığı isə 26 463 870.95 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAŞAT   Fond  






Xəbər lenti