Sabahdan yaşı 65-dən yuxarı olanlar qeydiyyata alınacaq
Azvision.az xəbər verir ki, vətəndaşlar fevralın 5-i saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanında qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməlidirlər.
Qeyd edək ki, fevralın 8-dən birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Vaksinasiya







Vaxtında, Aydın, Lazımlı!


