“Niyə əvvəlki rəhbərlik Qarabağ problemini həll etmirdi?” - Erməni deputat

“Niyə əvvəlki rəhbərlik Qarabağ problemini həll etmirdi?” -   Erməni deputat
  04 Fevral 2021    Oxunub:1902
Ermənistan baş naziri Nikol Paşinyanın "Mənim addımım" fraksiyasından olan deputat Anuş Beqloyan erməni jurnalistlərin tənqidinə tuş gəlib.
Azvision.az xəbər verir ki, o, jurnalistin müharibədən sonra Azərbaycan ərazilərində saxlanılan diversiya qrupu barədə sualına sualla cavab verib:

"Jurnalist deputat Anuş Beqloyandan məhbusların geri qayıtması barədə soruşub, Beqloyan isə yersiz şəkildə sualı suala cavablandıraraq deyib - "Niyə 30 ildir Ermənistanın əvvəlki rəhbərliyi Qarabağ problemini həll etmirdi?".

Erməni deputat bu səbəbdən yerli KİV və sosial şəbəkələrdə tənqid olunur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Beqloyan   Deputat   Qarabağ-problemi  



Xəbər lenti