Paşinyanın “sadə vətəndaş” oyunu ifşa edildi - VİDEO

   Paşinyanın “sadə vətəndaş” oyunu ifşa edildi -   VİDEO
  04 Fevral 2021    Oxunub:3060
Ermənistanın baş naziri Nikol Paşinyanın sadə vətəndaşlar adı altında keçirdiyi görüşlər əvvəlcədən ssenariləşdirilir, görüşə yalnız onun tərəfdarları cəlb olunur.

Azvision.az xəbər verir ki, bu barədə ifşaedici fakt aşkarlayan erməni jurnalistlər maraqlı bir video paylaşıblar.
İddia olunur ki, baş nazirin nüfuzunun aşağı düşməsi səbəbindən o, regionlara gedərkən və ümumilikdə şəhərdə gəzərkən yalnız öz tərəfdarları ilə görüşür. Həmin şəxslər görüşdən əvvəl təlimatlandırılaraq Paşinyanın qarşısına çıxarılır.

"Videoda gördüyünüz "ArmNews" bağlanır” deyən şəxs Nikol Paşinyanı salamlamaq üçün iki dəfə öz rolunu oynayıb. Belələri təbii ki, xüsusi missiya üçün göndərilirlər. Əvvəlcə guya “yoldan keçən” sadə vətəndaş idi, daha sonra görüntülərdə başqa bir ərazidə “növbədə dayanan vətəndaş” kimi diqqəti çəkir", - deyə məlumatda bildirilib.



Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Vətəndaş  



Xəbər lenti