Ermənistanda koronavirusdan ölüm sayı 3107-yə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 3107-yə çatdı
  04 Fevral 2021    Oxunub:2089
Ermənistanda son sutka ərzində daha 147 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 167 568 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 11 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3107-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 779 nəfərdir. Aktiv xəstələrin sayı 4637 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  



Xəbər lenti