“Torosyan PUA ilə öldürülmüş minlərlə əsgərdən biridir” - Erməni fəal

“Torosyan PUA ilə öldürülmüş minlərlə əsgərdən biridir” -  Erməni fəal
  04 Fevral 2021    Oxunub:2684
Tanınmış erməni ictimai fəal Aram Gevorqyan ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir erməni hərbçisi haqqında məlumat paylaşıb.
Azvision.az xəbər verir ki, o, Arzuman Torosyan adlı gənc əsgərin öldürülməsində hakimiyyətin günahkar olduğunu bildirib:

"Torosyan Gümrüdən idi. Tibb universitetinə qəbul olmuşdui və sonradan orduya çağırılıb. Oktyabrın 1-dən Cəbrayıldakı cəbhə xəttində olub. Arzuman son dəfə anası ilə danışanda onun üçün davamlı dua etməsini istəyib. Təəssüf ki, oktyabrın 10-da dualar nəticəsiz qaldı. Arzuman PUA zərbəsindən sonra ölüb. O və minlərlə oğlanımız pilotsuz uçan aparatların havadan vurduğu zərbələr nəticəsində ölüblər. Hansılar ki, həmin dövrdə yayılan xəbərlərə görə, PUA-lar guya Qarabağ səmasına qalxa bilmirdilər. Əslində OSA-larımız işə yaramayıb. Arzumanın 19 yaşı var idi".

Qeyd edək ki, Aram Gevorqyan tez-tez Qarabağda öldürülmüş gənc əsgərlər, adı ölən hərbçilər siyahısında olmayan və ya müəmmalı şəkildə itkin düşən erməni hərbçilər haqqında məlumatlar paylaşır.

Tural Tağıyev
Azvision.az


Teqlər: PUA   Qarabağ   Erməni-əsgər  



Xəbər lenti