İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılır

 İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılır
  04 Fevral 2021    Oxunub:2179
"Ötən il ərzində zərfə 2550-yə yaxın xidmət daxil olub. 2021-ci il üçün isə bu rəqəm 2800-ə yaxın olacaq. Kardioloji və nevroloji əməliyyatlar əlavə edilib. Bura əsasən qapalı və açıq ürək əməliyyatları daxildir".
Azvision.az -ın məlumatına görə, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib:

"Uşaqlar üzərində ürək və damar cərrahiyyəsi üzrə əməliyyatların sayı 68 olub. Stasionarda isə cərrahi profil üzrə 255 538 sayda xidmət göstərilib. Ötən il eyni zamanda 256 mindən çox insan dövlət büdcəsi hesabına icbari tibbi sığortadan istifadə edib. Tibb müəssisələrinin dərman və tibb vasitələri ilə təminat sayı artırılıb. Ötən il tibb müəssisələri 334 növ dərman vasitəsi ilə təmin olunub. Bu çeşidlər daha da artırılacaq".

Azvision.az


Teqlər: Tibbi-sığorta   Əməliyyat  






Xəbər lenti