Türkiyə əhalisinin sayı artıb

 Türkiyə əhalisinin sayı artıb
  04 Fevral 2021    Oxunub:2129
Türkiyə əhalisinin sayı ötən il 459 365 nəfər artaraq 83 614 362 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi ölkənin Statistika İdarəsinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, əhalinin 50,1 faizini (41 milyon 915 min 985) kişilər, 49,9 faizini (41 milyon 698 377) qadınlar təşkil edir.

2019-cu ildə əhalinin sayı 83 154 997 nəfər olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: əhali  



Xəbər lenti