"Dünən saytlarda "Nikolun Artaşat ziyarəti" tamaşası geniş işıqlandırıldı. Bununla bağlı sosial mediada lağa qoyulan və nifrət saçan postlar da var. Vətəndaşlardan heç biri fürsətdən istifadə edərək hər hansı bir sual vermək istəmədi. Problem çoxdur, gündəlik həyatdan tutmuş təhlükəsizliyə qədər. Yalnız gülünc sual "ArmNews"un bağlanması oldu.
İnanmıram ki, xalqımız həqiqəti bilmir və görmür. Ancaq hər gün Nikolun təbliğatçılarının insanlarımızı öz məqsədləri üçün oyuncaq kimi istifadə etdiyini görürük. Həqiqət budur ki, Paşinyan ordunun məhvi, minlərlə gəncin ölümü, iqtisadiyyatın çökdürülməsi xaricində başqa bir iş görmədi. Amma elə adamlar var ki, hətta pulla və ya kiminsə xatirinə gedib küçədə dayanır, baş naziri qarşılayırlar. Hörmətli erməni, nə vaxt özünə heç olmasa az da olsa hörmət etməyi öyrənəcəksən?"

Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


