Paşinyanın reytinqi kəskin düşdü, Koçaryan irəliləyir
Bildirilib ki, son sorğuların nəticəsi baş nazir Nikol Paşinyanın reytinqinin kəskin aşağı düşdüyünü göstərib. Reytinqlə yanaşı, baş nazirə səs verməyə hazır olan vətəndaşların sayı da kəskin azalmaqda (5%), ona heç bir halda səs verməyəcək insanların sayı isə artmaqdadır.
Məlumata görə, hakimiyyət bu fonda Koçaryanın reytinqinin artmasından narahatdır.
"Bəzi araşdırmalara əsasən, səbəblərdən biri vətəndaşların Koçaryana balanslı bir insan, ümidlərini bağlaya biləcəkləri “güclü əl” kimi baxırlar", - deyə qəzet yazır.
Məhz bu səbəbdən hakimiyyətin erkən seçkilərin keçirilməsini təxirə salmağı düşündüyü qeyd edilir.
“Bəzi dövlət məmurları Paşinyanı erkən seçkilərdən tamamilə yayınmağın lazım olduğuna inandırıb. Onlar ümid edirlər ki, manipulyasiya etməklə, müxalifəti nüfuzdan salmaq və ona qarşı təzyiqləri davam etdirməklə “Artsax”ın (Qarabağ-red) əksər hissəsinin itkisi, minlərlə ölüm, təhlükəsizlik problemləri, iqtisadi çöküş və s. cəmiyyətə unutdurmaq mümkün olacaq".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: RobertKoçaryan







Vaxtında, Aydın, Lazımlı!


