Paşinyanla görüşə gələn “sadə vətəndaş” polkovnik çıxdı
"Dünən Artaşat polis şöbəsinin rəisi, polis polkovniki David Petrosyan qara eynək və papaqla Paşinyanı sevən xalq nümayəndəsi kimi görüntülərə düşdü. Onu Ararat bölgəsinə səfər edən Nikol Paşinyanla əl-ələ görüşən "yoldan keçən" vətəndaş kimi təqdim edirdilər..." - deyə erməni KİV-ləri yazıb.
Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sadə vətəndaşlar adı altında keçirdiyi görüşlər əvvəlcədən ssenariləşdirilir, görüşə yalnız onun tərəfdarları cəlb olunur.
İddia edilir ki, baş nazirin nüfuzunun aşağı düşməsi səbəbindən o, regionlara gedərkən və ümumilikdə şəhərdə gəzərkən yalnız öz tərəfdarları ilə görüşür. Həmin şəxslər görüşdən əvvəl təlimatlandırılaraq Paşinyanın qarşısına çıxarılır.
Tural Tağıyev
Azvision.az
Teqlər: Paşinyan Polis-rəisi Ararat







Vaxtında, Aydın, Lazımlı!


