Sarkisyan Rusiya səfirilə Qarabağı müzakirə edib
Onun sözlərinə görə, Rusiya tərəfinin təşəbbüsü ilə 3 fevral tarixində baş tutmuş görüşdə Dağlıq Qarabağdakı müharibənin nəticələri geniş müzakirə olunub.
"Sarkisyan Rusiya tərəfinə atəşkəsin qorunması və Dağlıq Qarabağdakı humanitar problemlərin həlli istiqamətindəki ardıcıl səylərinə görə təşəkkür edib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın bu istiqamətdə fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb. Səfirin istəyi ilə Sarkisyan daxili siyasi vəziyyət, bölgədəki yeni geosiyasi reallıqlara da toxunub", - deyə açıqlamada qeyd olunub.
Öz növbəsində, Kopırkin müzakirə olunan mövzular çərçivəsində Rusiyanın mövqeyi barədə fikirlərini bölüşüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Sarkisyan Qarabağ Ermənistan Rusiya Səfir







Vaxtında, Aydın, Lazımlı!


