Qubadlıdakı DSX hərbi hissəsinin binası İcra Hakimiyyətinə aid deyil - FOTO

 Qubadlıdakı DSX hərbi hissəsinin binası İcra Hakimiyyətinə aid deyil -  FOTO
  04 Fevral 2021    Oxunub:2565
Bəzi media orqanlarında və sosial şəbəkələrdə işğaldan azad olunmuş Qubadlı rayonunun mərkəzində əvvəllər rayon icra hakimiyyətinə aid binada Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin yerləşməsinin rayon sakinlərinin narazılığına səbəb olması barədə məlumatlar yayılıb.
Azvision.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qubadlı rayonunun ərazisi işğal altında olduğu müddətdə qeyd edilən bina Ermənistan silahlı qüvvələri tərəfindən hərbi hissənin dislokasiya yeri kimi istifadə olunub.

Qubadlı rayonunun azad olunması zamanı həmin bina dağıntılara məruz qalıb və yararsız hala düşüb, döyüş əməliyyatları bitdikdən sonra binada Müdafiə Nazirliyinin hərbi hissəsi yerləşdirilib.

2021-ci ilin yanvar ayının əvvəlində Müdafiə Nazirliyinin həmin hərbi hissəsi Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilib. Hazırda həmin ərazidə Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin bölmələri yerləşib.













Azvision.az


Teqlər: Qubadlı   DSX   Bina  






Xəbər lenti