|
| Konstitusiya Məhkəməsinin ipoteka krediti qərarı: Vərəsələr hansı hallarda borcu ödəyəcək? |
Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


