Ağdamda partlayış: Bir hərbçimiz həlak oldu, ikisi yaralandı

  Ağdamda partlayış:  Bir hərbçimiz həlak oldu, ikisi yaralandı
  05 Fevral 2021    Oxunub:3944
Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Partlayış  






Xəbər lenti