Belçikada iranlı diplomata 20 il həbs cəzası verildi
Qeyd edək ki, İranın Vyanadakı səfirliyinin müşaviri Əsədullah Əsədi Parisdə keçirilən mitinqə bombalı hücum planlaşdırmaqda ittiham olunur.
Belçika prokurorluğu Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırıb. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildiriblər.
Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edib.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


