“Rusiya ABŞ-la dialoqa hazırdır” - Lavrov Blinkenlə danışdı

   “Rusiya ABŞ-la dialoqa hazırdır” -     Lavrov Blinkenlə  danışdı
  05 Fevral 2021    Oxunub:2060
Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov həmkarını vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və geniş spektr üzrə konstruktiv dialoqa hazır olduqlarını bildirib.

Tərəflər, həmçinin Strateji Hücum Silahlarının Məhdudlaşdırılması müqaviləsinin müddətinin uzadılması qərarını alqışlayıb, daimi işçi təması saxlamaq barədə razılığa gəliblər.

Azvision.az


Teqlər: Rusiya   Lavrov  



Xəbər lenti