Koronavirusa yoluxma sayı 444 mindən çox artıb

 Koronavirusa yoluxma sayı 444 mindən çox artıb
  05 Fevral 2021    Oxunub:2393
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 105 milyon 421 min 328 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 294 min 523 nəfərdir. İndiyədək 77 milyon 96 min 793 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 464 613 nəfər koronavirusa yoluxub, 13 004 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti