“Pandemiyaya son qoymaq qlobal həll tələb edir” - Səfir

“Pandemiyaya son qoymaq qlobal həll tələb edir” -  Səfir
  05 Fevral 2021    Oxunub:1802
Koronavirus pandemiyasına son qoymaq qlobal həll tələb edir, bu səbəbdən Britaniya, xüsusilə dünyanın ən kasıb ölkələri üçün koronavirus peyvəndlərinə və müalicələrə qlobal çıxışı təmin edən səylərə rəhbərlik edir.
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında yazıb.

Səfir əlavə edib ki, Britaniya bu il 92 inkişaf etməkdə olan ölkəyə 1,3 milyard doza koronavirus peyvəndi paylamaq üçün COVAX fonduna 548 milyon funt sterlinq yardım ayıran ən böyük donorlarından biridir.

“Digər donorlardan COVAX üçün 1 milyard dollar toplamağa da kömək etdik. Britaniya Gavi Vaksin Alyansının da ən böyük donorudur. Dünyadakı pandemiya ilə mübarizədə kömək etmək üçün ümumi öhdəliyimiz 1,3 milyard funt sterlinqə qədərdir", - deyə səfir bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVAX  



Xəbər lenti