KİV: Paşinyan göstəriş verib, Kərki boşaldılır
Azvision.az -ın məlumatına görə, bu barədə “Joxovurd” nəşri yazıb. Qəzet iddia edir ki, Paşinyanın Ararat bölgəsinə gözlənilməz səfəri bununla bağlı olub.
Baş nazirin mətbuat katibi Mane Qevorqyan səfər barədə artıq məlumatın yayıldığını və əlavə ediləcək nəsə olmadığını deyib. O, Kərki kəndi ilə bağlı müzakirənin aparılıb-aparılmadığını açıqlamayıb.
Xatırladaq ki, Kərki Naxçıvan Muxtar Respublikasının işğal altında olan yeganə kəndidir.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


