Arayik “postunu” saxlamaq üçün pul paylayır

Arayik “postunu” saxlamaq üçün pul paylayır
  05 Fevral 2021    Oxunub:3343
Qarabağ separatçılarının lideri Arayik Arutyunyan öz "postunu" əlində saxlamaq üçün müxtəlif insanlara pul paylayır.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, Arayik Rusiya tərəfinə müstəqil oyunçu olduğunu və baş nazir Nikol Paşinyanla əlaqəsi olmadığını göstərməyə çalışır, amma tamamilə baş nazirin təsir dairəsindədir.

“Keçən həftə Arutyunyan Rusiyaya səfərə gedib. Moskvadakı mənbələrin verdiyi məlumata görə, səfərin əsas məqsədi onun digər şəxslərin adına qeydiyyatdan keçirdiyi biznesi ilə bağlı problemləri həll etmək olub. Bu yaxınlarda isə Arutyunyan köhnə və yeni ətrafına “Artsax”a (Qarabağ-red) kömək məqsədilə müraciət edib. Paralel olaraq öz gücünü qorumaq üçün fərqli insanlara pul paylayır”, - deyə nəşr qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: separatçı  



Xəbər lenti