ABŞ Rusiya vaksini ilə maraqlanır - XİN rəhbərləri razılaşdı
Lavrovun sözlərinə görə, Rusiya və ABŞ alimlər arasında bu mövzuda təmasların dəstəklənməsi barədə razılığa gəlinib.
"Dünən Entoni Blinkenlə bu barədə danışdım, “Sputnik” mövzusuna toxunduq, vaksinin nəticə verməsi münasibətilə təbrik etdi və müvafiq laboratoriyalarımız, alimlərimiz, istehsalçılarımız arasında əlaqələri inkişaf etdirməyə razılaşdıq”, - deyə Lavrov bildirib.
XİN rəhbəri bu mövzuda avropalı həmkarları ilə onsuz da geniş əlaqələrin olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bəzi ölkələr rus peyvəndini almaq və öz ərazilərində istehsal etməkdə maraqlıdırlar.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: SputnikV







Vaxtında, Aydın, Lazımlı!


