Paşinyanı xəyanətkar adlandıran məmur istefa verdi

Paşinyanı xəyanətkar adlandıran məmur istefa verdi
  05 Fevral 2021    Oxunub:2134
Ermənistan İstintaq Komitəsinin Hüquqi dəstək və statistika departamentinin müdiri Akop Akopyan mövcud hökumətin siyasətinə etiraz olaraq istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Akopyan "ARF Daşnaksütyun" partiyasının üzvü olduğunu və Nikol Paşinyan hakimiyyəti ilə işləmək istəmədiyini qeyd edib.

“Xəyanətkar hakimiyyətlə işləməyi düzgün hesab etmirəm”, - deyə erməni məmur qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: istefa  



Xəbər lenti