
DİN rəhbərliyinin göstərişinə əsasən, polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb.

Bundan başqa, ərazinin çətin relyefi nəzəra alınaraq post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib. PŞ-nin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb.

Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.

Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


