Prezidentin xüsusi nümayəndəsinin hüquqi statusu müəyyən edilir

   Prezidentin xüsusi nümayəndəsinin hüquqi statusu müəyyən edilir
  05 Fevral 2021    Oxunub:2864
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavinin və nümayəndəliyin mütəxəsislərinin hüquqi statusu müəyyən edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qanun   Dəyişiklik   MM  






Xəbər lenti